Türkiyənin "Fənərbaxça" klubu mövsümlərarası fasilədə hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Sauthempton"da çıxış edən Mislav Orşiçdir. Bu barədə Türkiyə medisası məlumat yayıb.
"Fənərbaxça" "Trabzonspor"un da gündəmində olan 30 yaşlı vinger üçün İngiltərə klubuna rəsmi təklif göndərib. "Sauthempton" ümidləri doğrultmayan təcrübəli futbolçunu satmaq istəyir.
Qeyd edək ki, "Sauthempton" Mislav Orşiçi bu ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü komandanın heyətində meydana çıxdığı 5 rəsmi matçda qol və ya asistlə yadda qalmayıb.
saytlarin hazirlanmasi