"Kəpəz"in futbolçusu Mate Kvirkviya Sportal.az saytına açıqlama verib.
Gürcü yarımmüdafiəçi Azərbaycandan keçirdiyi ilk ili haqda danışın. O, ölkəmizdə futbol oynamaq üçün yaxşı şəraitin olduğunu bildirib:
"Azərbaycanda futbolun səviyyəsi çox yaxşıdır. Futbol oynamaq və özünü yüksək səviyyədə göstərmək üçün hər şey var. Burada oynamaqdan zövq alıram. Çətin mövsüm keçdi. Eyni zamanda müsbət məqamlar da çox idi. Qarşımıza qoyulan məqsədə çatdıq. "Kəpəz"də ilk ilim idi. Əlimdən gələni etməyə çalışırdım. Düşünürəm ki, yaxşı oldu".
Gəncə təmsilçisi ilə müqaviləsi başa çatan Kvirkviya gələcəyi haqda danışıb. 27 yaşlı vinger "Kəpəz"də qalmaq istədiyini bildirib:
"Bəli, "Kəpəz"də qalmaq istəyirəm. Qalanını gələcək göstərəcək. Düşünürəm ki, gələn həftə hər şey aydın olacaq. Başqa ölkələrdən də, Azərbaycandan da təkliflərim var. Lakin hələ qərar verməmişəm, heç bir komanda ilə müqavilə imzalamamışam".
Elçin Əlixan
saytlarin hazirlanmasi