"Fitnesə 14-21 yaş arasında başlamaq lazımdır" - MÜSAHİBƏ

17:50 - 4 İyun 2023

Azərbaycan hökümətinin idman siyasəti bütün sahələrdə əksini tapmaqdadır. İstər komanda, istərsə də, fərdi idman növləri son illərdə xüsusi inkişaf mərhələsinə qədəm qoyub. Fitnes də fərdi idman sferasının öndə olan növlərindəndir. Xüsusən ölkəmizdə zərif cinsin nümyəndələrinin də idmana marağının artması təsadüfi deyil. Xanımların daha çox müraciət etdiyi sahələrdən biri də fitnesdir. Bu idman növü zərif cinsin nümayəndələri üçün həm də  ona görə əlverişlidir ki, həm fiziki sağlamlığı təmin edir, həm də bədən quruluşu qaydasında olur. Budəfəki müsahibimiz də məhz Azərbaycanda xüsusi populyarlığı ilə seçilən fitnes idman növündə kifayət qədər tanınmış mütəxəssis Maya Əliyevadır.

- Neçə ildir ki, idmandasınız və idmana marağınız, gəlişiniz necə alındı? 

- 27 ildir ki, idmanla məşğulam. Əvvəl isə sadəcə həvəskar səviyyədə məşğul olurdum. 

- Özünüz peşəkar idmanla məşğul olmusuz? Yəni, hansısa idman növündən keçid etmisiz, yoxsa lap ilk başlardan fitnesdəsiz? Hansısa beynəlxalq yarışlarda iştirak etmisiz? 

- Peşəkar idmanla məşğul olmamışam. İlk başdan elə fitnes yarışlarında iştirakım olmayıb. Çünki uzun illər Rusiyada yaşamışam.

- Bu yaşda formanı necə qoruyursunuz?

Düzgün qida və texnika ilə məşq edərək. Başqa cür mümkün deyil.

- Azərbaycanda qadınlar fitneslə ona görə məşğul olurlar ki, bədən quruluşları qaydasında qalsın, yoxsa idmana maraqlarından gəlirlər məşqə?

- Qadınlar öncə bədən quruluşu üçün məşqə gəlirlər. Sonra anladıqca, təsirini gördükçə sağlamlığa daha üstünlük verib, davam edirlər. Bu da sevindirici haldır.

- Bəzi insanlar yaxşı bədən quruluşu üçün müxtəlif dərman preparatlarından istifadə edirlər. Bu, nə dərəcədə düzgündür? 

- Mən bunun tərəfdarı deyiləm. Qəbul etmədiyimi kiməsə də, tövsiyyə etmirəm. Çünki bu asılılıq yaradır. Yarışa çıxanlar məsuliyyətdən qəbul edirlər. Bunu təbii məhsullarla əvəz etmək mümkündür. Doğrudur, bu da əmək tələb edir.

- Pəhriz demişkən, necə qidalanırsınız?

- Bacardıqca təbii qidalarla qidalanıram.

- Hazırda ölkədə çoxlu zal var və onların keyfiyyətindən narazılıq edənlər də az deyil. Bu sahənin mütəxəssisi kimi fikirlərinizi bilmək istərdik...

- Zallardan şikayətin olması...Düzgün havalandırma sistemi əsas şərtdir. Hava olmayan yerdə uzun müddət məşqin getməsi doğru deyil, gedə də bilməz. Çünki tez yorulmalar olur, baş, əzələ ağrıları da buna imkan vermir. Qustar üsullarla düzəldilmiş trenajorlara tez-tez rast gəlinir. Hansı ki, onlar ölçü standartlarına uyğun deyil. Məşqdəki rahatlığa çətinlik törədir. Bu da məşqə mane olur.

- Hansı məqsədlərlə gələnlər daha çox çoxdur?

- Ayaq, bədən şəkilləndirmə məqsədilə. Üstəlik, skalioz, kifoz və qrija problemi olanlar da məşqə gəlir.  

- Yeni başlamaq istəyənlərə məsləhətiniz..

- Başlamaq heç vaxt gec deyil. Ən azı 30 yaşdan başlamaq lazımdır. Çünki bədənin kollegen qatı beş faiz "ölməyə" başlayır və altı faiz qalınlaşma ilə formanın əzələ şuxluğuna da təsir göstərir.

- Neçə yaşdan başlamaq daha doğru olar?

- Fitnesə 14-21 yaş arasında başlamaq lazımdır. Çünki 14 yaşda bədən formalaşır. Ona qədər olan qüsurları aradan götürmək asandır. Məsələn, skalioz, kifoz, valqus, boy uzatma kimi məsələləri nəzərdə tuturam. Ən önəmli olan inam, texnikanı bilmək, məşqi buraxmamaq, iradə, düzgün qida və yuxuya nəzarət etməkdir.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXI

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

Xəbər xətti