"Kəpəz"in transfer siyasəti baş məşqçi müəyyənləşdikdən sonra bəlli olacaq.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi ilə müqaviləsi başa çatan Tərlan Əhmədovun komandada qalıb-qalmayacağı bilinmir.
"Kəpəz"ə yeni baş məşqçi təyin olunacağı halda komandanın ilk transfer edəcəyi futbolçu bəllidir. Əldə etdiyimiz məlumata görə, "sarı-göylər" "Şamaxı"da çıxış edən Əli Səmədovu geri qaytaracaq.
Qeyd edək ki, Əli Səmədov "Kəpəz"in yetirməsidir. 25 yaşlı yarımmüdafiəçi baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi. Bundan sonra o, qışda "Şamaxı"ya üz tutmuşdu.
saytlarin hazirlanmasi