Bu gün "Kəpəz"in İdarə Heyətinin iclası baş tutub.
Sportal.az saytına verilən məlumata görə, iclasda komandanın baş məşqçisi ilə bağlı qərar verilib. "Sarı-göylər" müqaviləsi başa çatan Tərlan Əhmədovla yollarını ayırıb.
"Kəpəz"in yeni baş məşqçisi də təsdiqlənib. Gəncə təmsilçisini yeni mövsümdə son olaraq "Səbail"də Şahin Diniyevin köməkçisi olmuş Azər Məmmədov çalışdıracaq.
saytlarin hazirlanmasi