"Kəpəz" transfer çalışmalarına start verib.
Sportal.az saytına verilən məlumata görə, Gəncə klubu heyətini legionerlərlə yanaşı yerli futbolçularla da gücləndirməyi planlaşdırır.
Adıçəkilən komandanın transfer siyahısında yer alan futbolçulardan biri Elvin Məmmədovdur. Ötən mövsümü "Şamaxı"da yaxşı səviyyədə keçirmiş təcrübəli oyunçunun tək variantı "Kəpəz" deyil. Belə ki, onun xidmətində elə "Şamaxı" və özü üçün doğma sayılan "Turan Tovuz" da maraqlıdır.
34 yaşlı yarımmüdafiəçinin hansı seçimi edəcəyi yaxın günlərdə dəqiqləşəcək. “Turan” yetirməsi olan Elvin “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” klublarının da formasını geyinib.
saytlarin hazirlanmasi