Belarus millisinin üzvü Yeqor Xvalko "Kəpəz"dəki karyerasına davam etmək ehtimalı yüksəkdir.
Sportal.az saytına açıqlama verən müdafiəçi komandasını dəyişmək istəmədiyini bildirib:
"Hazırda milli komandanın düşərgəsindəyəm. Yeni təkliflə bağlı heç bir yenilik yoxdur. Milli komandanın düşərgəsindən qayıtdıqdan sonra "Kəpəz"lə danışıq aparacağıq. Amma onu da deyim ki, yığmanın düşərgəsinə yollanmamışdan qabaq mənə yeni müqavilə təklif etdilər. Bilirəm ki, komandanın yeni baş məşqçisi var. Lakin onunla danışığımız olmayıb. Görək də, millinin düşərgəsini tərk etdikdən sonra danışacağıq. Düzünü deyim, mənə yalnız “Kəpəz”dən təklif gəlib".
Xatırladaq ki, 2022/2023 mövsümünün startından əvvəl "Arsenal"dan (Dzerjinsk) "Kəpəz"ə keçmişdi. 26 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasındakı performansına görə ilk dəfə Belarus millisinə dəvət edilib.
Mirbağırağa
saytlarin hazirlanmasi