"Kəpəz" məşqlərə başlayır

19:26 - 22 İyun 2023

"Kəpəz" yeni mövsümün hazırlıqlarına start verəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" iyunun 26-da bir araya gələcəklər.

Məşqlər Gəncə şəhər stadionunda keçiriləcək. Komandanın hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcəyi gözlənilir.

Xatırladaq ki, "Kəpəz"in baş məşqçi postunda dəyişiklik edilib. Tərlan Əhmədovla müqavilə müddəti artırılmayıb, onu Azər Məmmədov əvəz edib. 

Xəbər xətti