ÇSKA və Qazaxıstan millisinin yarımmüdafiəçisi Baktiyar Zaynutdinov "Beşiktaş"a keçməyə yaxındır.
Sportal.az "Fotospor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş qazaxıstanlı futbolçunu şəxsən sərəncamında görmək istəyir.
Türkiyə Futbol Federasiyasının çıxardığı yeni qərara əsasən, Zaynutdinov Qazaxıstan vətəndaşı olduğundan Superliqada legioner hesab edilməyəcək.
Baktiyar başa çatan mövsümdə Rusiya Premyer Liqasında 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Taraz”, “Astana” və “Rostov”da oynadıqdan sonra 2020-ci ildə ÇSKA-ya keçib.
saytlarin hazirlanmasi