"Zirə" braziliyalını transfer etdi - RƏSMİ

15:34 - 24 İyun 2023

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.

Xəbər xətti