"Kəpəz" məşqlərə start verdi

21:23 - 26 İyun 2023

"Kəpəz" yeni mövsümün hazırlıqlarına start verib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı təbii meydanında keçirilən məşq prosesi seleksiya xarakteri daşıyıb. Belə ki, hazırlığa təcrübəli oyunçularla yanaşı, Gəncə futbol məktəbinin gənc yetirmələri də qatılıblar. Onlarla yanaşı, "Kəpəz"in əvəzedici heyətinin və U-19 komandasının futbolçuları məşqlərə qoşulublar.

Xəbər xətti