İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi Ris Nelsonla sözləşmənin müddətini uzadıb. Bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayına kimi Premyer Liqa təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, Ris Nelson "Arsenal"ın yetirməsidir. İngiltərəli vinger son mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi