"Kəpəz" çempionata hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək.
Sportal.az xəbər verir ki, "sarı-göylər" iyulun 28-nə kimi paytaxtda qalacaqlar. Təlim-məşq toplanışı "Dalğa Arena"da olacaq.
Məşq proqramına əsasən bu gün iki məşq var. Dünən "Zirə" ilə yoxlama oyununda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaqlar.
saytlarin hazirlanmasi