"Araz Naxçıvan" bu gün Zamiq Əliyevi transfer etdiyini açıqladı.
Sportal.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi 5 iyul tarixində "Kəpəz"lə 1+1 illik müqavilə imzalamışdı. "Qarabağ"ın yetirməsi olan futbolçunun qısa müddət ərzində klubdan ayrılması gözlənilməz oldu.
Məsələ ilə bağlı Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi Zamiq Əliyevin daha çox forma şansı qazanmaq üçün "Kəpəz"dən ayrıldığını bildirdi:
"Zamiq Əliyev özü baş məşqçi Azər Məmmədova yaxınlaşaraq daha çox oynayacağı bir kluba keçmək istədiyini bildirib. Futbolçunun özünün istəyi olub, baş məşqçi ilə bu məsələni müzakirə ediblər. Oyunçunun fikrinə hörmətlə yanaşırıq. Belə olan halda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Zamiq Əliyevə gələcək karyerasında uğurlar arzulayırıq".
Elçin Əlixan
saytlarin hazirlanmasi