"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, gürcüstanlı Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində "Telavi" olub.
saytlarin hazirlanmasi