"Kəpəz" Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda "Qəbələ"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, "sarı-göylər"in müdafiəçisi Elçin Əlicanov matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib. 24 yaşlı futbolçu
"Sabah"la oyunda geridönüş vacib idi. Bakıya xal üçün getmişdik və buna nail olduq. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Bu matça da xal üçün çıxacağıq. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq, xal qazandıq. Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə inşallah, daha yaxşı olar. Azarkeşlərimiz məkanın fərqi olmadan yanımıza gəlirlər. Onların daim yanımızda olmasını, kömək etməsini istərdim".
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması 1 oktyabr tarixində saat 16:00-da Gəncə Şəhər Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi