"Kəpəz" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu Giorgi Papunaşvili matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib. Gürcü yarımmüdafiəçi komandanın yaxşı nəticələr göstərəcəyini bildirib:
"Azarkeşlərimiz möhtəşəmdirlər, bizi sevirlər. Bilirəm ki, nəticələrə görə narahatdırlar. Amma geridönüş edəcək və daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərin hər dəfə adımı səsləmələri olduqca xoşdur. Görünür, mənə böyük inam bəsləyirlər. Ancaq komanda uduzubsa, xüsusi olaraq kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik. Məsuliyyəti dərk edərək nəticə çıxarmalıyıq".
Papunaşvili Gəncəni çox bəyəndiyini və insanların futbolçulara isti münasibət bəslədiyini deyib:
"Bura mənim xoşuma gəlir. Hər yerdə isti münasibət bəsləyirlər. Əla bazamız var. Gənc oyunçulara örnək olmaq istəyirəm. Təbii ki, əsas məqsədim komandaya kömək etməkdir. Əlbəttə ki, xoş olmayan durum var. Çünki evdə keçirdiyimiz oyunlarda məğlub olmuşuq. Bu yaxşı hal deyil".
saytlarin hazirlanmasi