"Kəpəz"in əvəzediciləri harada oynayacaq?

19:34 - 13 Oktyabr 2023

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Sportal.az xəbər verir ki, “Kəpəz” klubunun rəsmi müraciəti, “Turan Tovuz” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Kəpəz” klubunun Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib. Tərəflərin razılığı ilə “Kəpəz” qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək.

“Kəpəz” klubunun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Misli Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Misli Premyer Liqası

10-cu tur 

21 oktyabr

“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 15:00, CBC Sport /canlı

Əvəzedicilər Liqası

10-cu tur

19 oktyabr 

“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 14:00

Xəbər xətti