"Kəpəz"in yeni transferi Adama Niane klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki,malili forvard bir neçə təklifinin olduğunu amma sonda seçimdə Gəncə klubuna üstünlük verdiyini bildirib. Bu keçidin "Kəpəz" üçün xeyirli olacağına inamını ifadə edib:
"Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə sevincliyəm. Yaxşı kollektivimiz var. Uşaqlar bir-birilərinə qarşı mehribandılar. İlk gəldiyim gündən doğma insan kimi qarşılandım. Bu da məni sevindirir. Özümü yad hiss etmirəm. "Kəpəz"i seçməyimdə klubun transferimdə israr göstərməsi həlledici rol oynadı. Hiss etdim ki, bu komandaya daha çox lazımam. Mənə hədsiz inandılar, və bu, məni sevindirir. Odur ki, əlimdən gələni və gəlməyəni edib etimad göstərənləri peşman etməməyə çalışacam. Məqsədim komanda üçün xeyirli olmaqdır".
saytlarin hazirlanmasi