"Kəpəz" azarkeşləri: "Oynayırsız, oynayın, oynamırsız, rədd olun"

16:38 - 4 Noyabr 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Qarabağ"ın qonağıdır.

Sportal.az xəbər verir ki, komandanın uğursuz nəticələri gəncəli azarkeşlərin narazılığına səbəb olub. Fanatlar futbolçuların ünvanına "oynayırsız, oynayın, oynamırsız, rədd olun" şüarları səsləndirir.

Qeyd edək ki, aktivində 6 xal olan "Kəpəz" Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti