"Kəpəz" Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Qarabağ2a 1:7 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox üzücü məğlubiyyətdir. Amma reallıq var. “Qarabağ” bizdən qat-qat üstündür. Onların əsas heyətinə qarşı oynamaq hər komanda üçün çətindir. Əsasən də bizim üçün. Uşaqlar nəsə etməyə çalışdı. Amma çalışmaqla bərabər, əzmkarlıq çatışmırdı. “Qarabağ”a qarşı ancaq əzmkar olsan, nəticə qazana bilərsən. Onlarla 1:1 oynayanda, əzmkarlıq göstərmişdik. Bu gün əzmkarlıq, mübarizlik çatışmadı. Bizim komanda sonuncu pillədədir. Bu yerdə olan komandanın nəticələri ürəkaçan olmur. Hər şeyə rəğmən çalışmışam ki, ehtiyat skamyada dik dayanım. Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm. Sadəcə bu gün özümü narahat hiss etdim. Uşaqlara səs tonu lazım idi, mən bacarmadım, Etibar müəllimə həvalə etdim.
- Bu məğlubiyəytdən sonra öz taleyinizlə bağlı nə düşünürsüz?
- Acınacaqlı məğlubiyyətdir. Amma “Qarabağ” hər il başqa komandalarla matçda da böyük hesablı qələbələr qazanıb. Bu gün də bizim üzərimizdə qazandılar. Bu, mənə bərk toxunur. Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq.
- Getmək haqda düşünürsüz?
- Düşünmürəm desəm, yalançı olaram. Bəli, düşünürəm.
- Bir müddət əvvəl xəbər çıxmışdı ki, bazada nəsə oğurlanıb, söz-söhbətlər çox olur. Gəncə futbolunun durumu niyə bu gündədir?
- Bakı klublarında təcrübəm olub. “Kəpəz”ə gedəndə çalışmışam ki, hər kəs öz işi ilə məşğul olsun. Mən də məşqçiyəm və öz işimlə məşğul idim. Digər sahələrin mənə aidiyyatı yoxdu, amma oxumuşam dediklərinizi. Gəncədə bu qədər söz-söhbətin olması, ən birinci “Kəpəz”in inkişafına maneədir. Söz-söhbətlər yığışdırılmalıdır. Hamı bir yumruq olaraq, “Kəpəz”in uğuru üçün döyüşməsə, bu, komandanın ziyanına işləyəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi