Azərbaycan futboluna itki üz verdi

22:36 - 22 Noyabr 2023

Azərbaycan futboluna itki üz verib.

Sportal.az xəbər verir ki, bir zamanlar Premyer Liqada iştirak etmiş "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev dünyasını dəyişib.

Təcrübəli funksioner 6 il Zaqatala təmsilçisində icraçı direktor vəzifəsində çalışıb. O, iki klub prezidenti – Zaur Məmmədovla Anar Bəkirovun, eləcə də üç əcnəbi mütəxəssis – Roman Pokora, Qyoko Hacievski və Georgi Çixradzenin dönəmində “Simurq”da fəaliyyət göstərib.

Sportal.az saytının kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Xəbər xətti