"Kəpəz" Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu Elnur Cəfərov matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlama verib. 27 yaşlı vinger Bakıya qələbə üçün gedəcəklərini deyib:
"Məşqlərimiz yaxşı gedir. "Səbail"lə oyuna hazırlaşırıq. Bütün fikrimiz qələbə qazanmaqdır. Matça yaxşı köklənmişik. Baş Adil Şükürov aramıza yeni qatılıb. Onu hamımız yaxşı tanıyırıq. Oyun fəlsəfəsi fərqlidir. Biz də onun dediklərini etməyə çalışırıq. Çünki, borcumuzdur.
Evdə "Səbail"ə məğlub olmuşuq. Səfərə qələbə qazanmaq üçün gedirik. Ümid edirəm ki, istəyimiz baş tutar. Öz oyunuma gəldikdə, daha çox şeylər edə bilərəm".
saytlarin hazirlanmasi