İtaliya A seriyasında ayın baş məşqçisinin adı açıqlandı

20:14 - 5 Dekabr 2023

İtaliya A seriyasında noyabrın ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Sportal.az xəbər verir ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri hamını qabaqlayıb.

Turinlilər ötən ay “Fiorentina”nı (1:0), “Kalyari”ni (2:1) məğlubiyyətə uğradıb, “İnter”lə heç-heçə edib (1:1). Mükafatın taleyini idman mediasının rəhbərləri həll edirdilər, onlar hər bir məşqçini texniki və idman meyarlarına, komandalarının performansına görə qiymətləndirirlər. 

Mükafat Alleqriyə dekabrın 8-də, "Napoli" ilə oyundan əvvəl təqdim ediləcək. 

Xəbər xətti