Rusiya klubları Türkiyə millisinin və "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı ilə maraqlanır.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Zenit”, ÇSKA və “Lokomotiv” türkiyəli üçün hərəkətə keçib. Futbolçunun qış “transfer pəncərəsi” zamanı Rusiyaya yollanacağı gözlənilir.
Bardakçı 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 29 yaşlı müdafiəçi Türkiyə çempionatı və Çempionlar Liqasında 25 oyun keçirib, 2 qol vurub, 4 sarı vərəqə ilə cəzalandırılıb. Transfermarkt portalı Bardakçıya 7,5 milyon avro qiymət qoyub.
saytlarin hazirlanmasi