Adil Şükürov: "Kəpəz" daha yaxşı yerlərdə olmağa hazırlaşır"

18:10 - 14 Dekabr 2023

"Kəpəz" Azətbaycan Premyer Liqasının 17-ci turunda öz meydanında "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərin gözləntilərini doğrultmağa çalışırıq. Ağır rəqibə qarşı oynadıq. "Sumqayıt" sürətli əks-hücumlara çıxan komandadır. Düzgün müdafiə olunub, sürətli hücumlarda imkanlar yaxaladıq. "Kəpəz" daha yaxşı yerlərdə olmağa hazırlaşır.

- Sizin gəlişinizdən sonra oyun keyfiyyəti artıb. Gələndən sonra nəyi dəyişdiniz?

- Uğur bir dənədir, ona gedən yollar müxtəlifdir. Bu komandanı Azər Məmmədov yığıb, əziyyəti böyükdür. Ona təşəkkür edirəm. Çalışıırıq ki, kollektivi yaxşı motivasiya edək. Bu, bir az vaxt aparır. Mümkün qədər qısa vaxtda hansısa nailiyyətlər əldə etmək istəyirik.

- Öz oyun fəlsəfənizi komandaya tam aşılaya bilmisiz?

- Hələ yolun  başlanğıcındayıq. Cüzi şeyləri aşılaya bilmişik. İstəklərimizi daha da təkmilləşdirməyə çalışırıq. Düşünürəm ki, doğru yoldayıq.

- Bu gün hücumda Cavad Kərimova şans verməyiniz nə ilə bağlı idi?

- Nianeni əsas heyətdə meydana buramaq istəyirdik. Son məşqdə ayağında ağrı hiss etdi. Düşündük ki, Cavada şans verib gələcəkdən onun potensialından yararlanaq.

- Giorgi Papunaşvili tam istədiyiniz formadadır?

- Bundan daha yaxşı ola bilər. Bu, bütün futbolçulara aiddir. Tez uyğunlaşan futbolçular daha tez inkişaf edəcək.

- Yerli qapıçı transfer etmək niyyətiniz var?

- Komadanın gündən-günə inkişaf etməsini istəyirik. Hansısa mövqedə yerli və ya legioner futbolçunun oynaması fərq etmir. Bu gün Cavada şans verdik. Çalışırıq ki, Gəncə futboluna yeni adlar qazandıraq.

- 6 yerli futbolçuya şans verməyinizin səbəbi nə idi?

- Əsas məsələ süni meydança amilidir. Hər futbolçuya güvənirik. İstəyirik ki, onların hər biri oyun dinamikasında qalsın. "Kəpəz-2"də istedadlı uşaqlar var. Hər məşqimizə əvəzedici komandadan futbolçular dəvət edirik.

Elçin Əlixan

Xəbər xətti