"Kəpəz" klubu Premyer Liqanın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək.
Sportal.az xəbər verir ki, "sarı-göylər" yanvarın 4-də şəhər stadionunda bir araya gələcəklər.
Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi bəllidir. Komanda elita klublarından "Qəbələ" və "Araz-Naxçıvan" ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub.
Yoxlama matçlarının yeri və saatı barədə məlumat qarşıdakı günlərdə veriləcək.
saytlarin hazirlanmasi