"Kəpəz"in üzvləri üçün qış istirahəti başa çatıb.
Sportal.az xəbər verir ki, məşqçilər korpusu və futbolçular Gəncədə bir araya gəliblər. "Sarı-göylər" çempionatın ikinci hissəsinə Nizami yurdunda hazırlaşacaqlar.
İlk məşq prosesi əsasən ümumi dözümlülüyün artırılması istiqamətində olub. 30-a yaxın azarkeşin də izlədiyi hazırlıq yüngül qaçışla başlayıb. Daha sonra futbolçular məşqçilərin verdiyi digər tapşırıqlarla çalışıblar.
saytlarin hazirlanmasi