"Kəpəz"in "Səbail"dən icarəyə götürdüyü Amil Yunanov klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu Gəncə təmsilçisinə keçdiyi üçün xoşbəxt olduğunu bildirib. Təcrübəli forvard "Kəpəz"də uğurlu çıxış edəcəyinə inandığını deyib:
"Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik. “Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər. Bura gəldiyim üçün xoşbəxtəm. Burada yaxşı kollektiv var. Klub üçün faydalı olacağıma inanıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Gəncəli azarkeşlərdən istəyim budur ki, bizə dəstək olsunlar. Əvvəlki komandamda az oyun şansı əldə edirdim. “Kəpəz”də daha uğurlu çıxış edəcəyimə inanıram. Baş məşqçi Adil Şükürovun dəvəti ilə bura gəlmişəm. Əvvəlki formamdan daha yaxşı olmaq istəyirəm".
saytlarin hazirlanmasi