"Kəpəz" futbolçusunu icarəyə verdi

10:08 - 10 Yanvar 2024

"Kəpəz" klubu futbolçusu Elnur Cəfərovu icarəyə verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər 1-ci liqa təmsilçisi "İmişli"də çıxış edəcək.

"İmişli" 12 turdan sonra 20 xalla 4-cü sıradadır.

Qeyd edək ki, 2023-cü ilin yayında "Kəpəz"ə keçən Elnur Cəfərov klubla 1+1 illik müqavilə bağlayıb.

Xəbər xətti