"Kəpəz" qərb derbisinə bir itki ilə çıxacaq

13:27 - 22 Yanvar 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"la üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi qərb derbisinə bir itki ilə çıxacaq. Ehtiram Şahverdiyev görüşü buraxmaq məcburiyyətindədir. 27 yaşlı yarımmüdafiəçi sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması bu gün saat 17:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər xətti