Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk oyunu Qəbələdə keçirilib. Burada rayonun eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Samir Abasovun rəhbərlik etdiyi kollektiv rəqibini 1:0 məğlub edib.
Tura "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulub. Ağdam təmsilçisi Naxçıvan klubuna qalib gəlib.
23 yanvar
“Qəbələ” – “Sumqayıt” 0:1
Qol: Ninqa 74 (p)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu
"Qarabağ"– "Araz-Naxçıvan" 3:1
Qollar: Kurdiç 6 (avtoqol), Zubir 21, 62 - Kadiri 71
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu