"Yuventus"un hücumçusu Moyze Kinin "Atletiko"ya keçəcəyi gözlənilirdi.
Sportal.az xəbər verir ki, 23 yaşlı forvardın icarəyə verilməsi ilə bağlı klublar arasında razılıq əldə olunmuşdu.
Lakin transfer son anda baş tutmayıb. Tibbi müayinə zamanı italiyalı futbolçunun zədəli olduğu aşkarlanıb. Kin "Yuventus"un düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Moyze Kin bu mövsüm "Yuventus"un heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi