"Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərov Azərbaycan Kuboku 1/4 final mərhələsinin "Araz-naxçıvan"la oyununda (1:1) çiyni çıxdığı üçün meydanı erkən tərk etmişdi.
Klubun mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının üzvünün zədəsi ciddi deyil.
21 yaşlı futbolçunun çiyni yerinə salınıb. Gənc oyunçu komanda ilə birlikdə məşqlərə qoşulacaq.
Qeyd edək ki, Emil Səfərov bu mövsüm "Qəbələ"nin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi