"Kəpəz" "Araz-Naxçıvan"la matça ciddi itkilərlə çıxacaq

12:39 - 5 Fevral 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi bu görüşə itkilərlə çıxacaq.

"Sarı-göylər"də Yeqor Xvalko, Mate Kvirkiya və Elmir Tağıyev komandaya kömək edə bilməyəcək. Onlar sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumdadır.

Qeyd edək ki, "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması bu gün saat 15:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər xətti