Bakı klubuna lazım olmadı, Portuqaliya təmsilçisi ilə anlaşdı

20:24 - 11 Fevral 2024

Ötən mövsüm “Səbail”in formasını geyinmiş, amma sonradan komandaya lazım olmayan Qustavo França özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Portuqaliyanın tanınmış klublarından olan “Tondela” ilə müqavilə imzalayıb.

Hazırda bu komanda birinci liqada 6-cı pillədədir.

Qustavo 2022-ci il iyul ayında "Səbail"ə keçmişdi.

Xəbər xətti