"İngiltərədə “Qızıl top” mükafatına əsas namizəd odur"

11:17 - 20 Fevral 2024

"Brentford"un baş məşqçisi Tomas Frank ingilis futbolçular arasında hansını "Qızıl top" mükafatını qazanmağa əsas namizəd hesab etdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, "The Sun"a açıqlama verən İngiltərə klubunun çalışdırıcısı Fodenlə bağlı bunları deyib:

"Məncə, Foden İngiltərədə "Qızıl top"u qazanmağa əsas namizəddir. Onun böyük potensialı var, yüksək səviyyəyə malikdir. Düşünürəm ki, o, bir çox cəhətdən komandasının çıxışına təsir edə bilir. Fil driblinqi çox yaxşı bacarır və o, həm də çox gərgin məşq edir".

Foden "Mançester Siti"nin yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir. 23 yaşlı futbolçu "şəhərlilər"lə UEFA Çempionlar Liqası da daxil olmaqla 16 kubok qazanıb. Bu mövsüm cinah yarımmüdafiəçisi bütün yarışlarda 36 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbər xətti