"Neftçi" "Turan Tovuz"la görüşə itkilərlə çıxacaq

21:45 - 23 Fevral 2024

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Turan Tovuz"la qarşılaşacaq "Neftçi" matça itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev Tovuzdakı görüşdə meydanda olmayacaq. 

Artıq kollektivlə məşqlərə qayıdan Andre Şinyaşikinin də "Turan Tovuz"la matçda iştirak etməyəcəyi dəqiqləşib. 

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" matçına 15:00-da start veriləcək.

Xəbər xətti