"Liverpul" italiyalı və portuqaliyalı məşqçilərlə danışıq aparacaq

21:56 - 24 Fevral 2024

"Liverpul"un rəhbərliyi baş məşqçi postu üçün müvafiq olaraq İngiltərənin “Brayton” və "Sportinq”(Lissabon) klublarının çalışdırıcları Roberto De Zerbi ilə Ruben Amorimə dəvət göndərməyi nəzərdən keçirir.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, "Bayer"in ispaniyalı çalışdırıcısı Xabi Alonso ilə razılıq əldə olunmasa, “qırmızılar” yuxarıda adıçəkilən mütəxəssislərlə danışıqlara start verəcək.

İngiltərə klubunun hazırkı baş məşqçisi Yurgen Klop mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı. Buna görə də, Mersisayd təmsilçisi yeni sezon üçün baş məşqçisini indidən dəqiqləşdirmək istəyir. Klopp isə səkkiz ildir ki, "Liverpul"un baş məşqçisidir.
 

Xəbər xətti