Almaniya millisinin üzvü: "İnsanları xoşbəxt etmək üçün məsuliyyət daşıyırıq"

16:48 - 24 Fevral 2024

"Real"ın mərkəz müdafiəçisi Antonio Rudiger Almaniya millisinin bütün oyunçularının doğma divarlar arasında keçiriləcək AVRO-2024-də uğurlu çıxış etmək istədiklərini bildirib.

Sportal.az xəbər verir ki, "Bayern & Germany" portalına açıqlama verən Madrid klubunun futbolçusu 

"Nəticədə biz oyunçulardan asılıdır. Almaniyada insanları xoşbəxt etmək üçün məsuliyyət daşıyırıq. Yaxşı oynasaq, müsbət nəticələr qazansaq, o zaman azarkeşlər də bizi dəstəkləyəcək. Yaxşı komandamız, əla baş məşqçimiz var. Nəyin zamanının gəldiyini yaxşı bilirik. Bu, Avropa çempionatıdır. Hamı motivasiyalı olacaq və bu da öz təsirini göstərəcək. Ona görə də narahat deyiləm".

Xatırladaq ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək. Həlledici görüş Berlindəki Olimpiya Stadionunda baş tutacaq. 

Xəbər xətti