"Qəbələ"nin kapitanı Elmar Baxşıyevlə vidalaşdı

10:42 - 25 Fevral 2024

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev postundan istefa verib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov sosial şəbəkə hesabında 42 yaşlı mütəxəssislə bağlı paylaşım edib. Təcrübəli yarımmüdafiəçi Baxşıyevə uğurlar arzulayıb:

"Birlikdə çalışdığımız bu 4 ildə sevincimiz də,  kədərimiz də birlikdə oldu. Hələ bu işin başlanğıcıdır. Qarşıda çox uğurlar sizi gözləyir. Bacarığınızla, dürüstlüyünüzlə Azərbaycan futbolu üçün görəcəyiniz çox iş var. Uğurlarınız bol olsun!"

Xəbər xətti