"Neftçi"nin futbolçusu jurnalistlərin qarşısına çıxacaq

17:31 - 28 Fevral 2024

"Neftçi"nin utbolçusu Kilan Lebonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportal.az xəbər verir ki, fevralın 29-u saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, 2023-cü ilin yanvarında “Neftçi”yə transfer olunmuş Lebon bunadək Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib. O, Sent Martin milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti