"Bavariya" "Frayburq"la bacarmadı - VİDEO

09:58 - 2 Mart 2024

Almaniya Bundesliqasında 24-cü tura start verilib.

Sportal.az xəbər verir ki, "Bavariya" səfərdə "Frayburq"un qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

24 turdan sonra 54 xal toplayan "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 30 xalı olan "Frayburq" isə 9-cu yerdədir.

"Frayburq" - "Bavariya" 2:2
Qollar:
Kristian Günter, 12, Lukas Holer, 87 - Matias Tel, 35, Camal Musiala, 75

Xəbər xətti