Bu gün derbi keçiriləcək: "Qalatasaray" səfərdə

11:49 - 3 Mart 2024

Türkiyə Superliqasında 28-ci turun matçları keçirilir. 

Sportal.az xəbər verir ki, turun mərkəzi görüşü bu gün "Beşiktaş" və "Qalatasaray" arasında baş tutacaq. 

İstanbul derbisi "qara qartallar"ın stadionunda olacaq. Matça Bakı vaxtı saat 20:00-da start veriləcək. 

"Qalatasaray" 72 xalla 2-ci pillədədir. "Beşiktaş"ın 46 xalı var və 4-cü pillədə qərarlaşıb.

Turnir cədvəlinin lideri isə bir oyun çox keçirməklə, 78 xala malik "Fənərbaxça"dır.

Xəbər xətti