Millimizin yarımmüdafiəçisi "Neftçi"yə keçəcək

18:36 - 4 Mart 2024

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərov yeni mövsümə "Qəbələ"də başlamayacaq.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanı tərk etmək üzrə olan klub öz yetirməsini satmağı qərara alıb.

"Qırmızı-qaralar" 2002-ci il təvəllüdlü gəncə görə aldığı iki təklifdən birini qəbul edib. "Qarabağ"ın maraq dairəsində olan orta sahə oyunçusu növbəti sezondan etibarən "Neftçi"nin formasını geyinəcək.

Ölkə kubokunun son sahibi daha yüksək təzminat ödəməyə razılaşan "ağ-qaralar"la əl sıxışıb.

Paytaxt təmsilçisi millinin debütantı ilə uzunmüddətli müqavilə imzalayacaq.

Xəbər xətti