AFFA "Neftçi" və "Qarabağ"ı azarkeşlərinə görə cərimələdi

12:34 - 5 Mart 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXV tur

02.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə” klubunun 70 nömrəli futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə” klubu 800 manat cərimə edilir (maddə 41);

03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Qəbələ” – “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);

03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Xəbər xətti