"Qəbələ"nin futbolçusu Ürfan Abbasov Sportal.az saytına açıqlama verib.
31 yaşlı müdafiəçi Premyer Liqanın 25-ci turunun "Səbail"lə matçını dəyərləndirib. Təcrübəli oyunçu azlıqda qaldıqdan sonra oyunun onlar üçün çətin keçdiyini bildirib:
"Hazırlaşırıq ki, nəsə edək, elə həmin an qırmızı vərəqə və azlıqda qalırıq. Azlıqda qalanda istər-istəməz çətin olur. 45 dəqiqə 10 nəfərlə oynamaq çox çətindir. Sadə qollar buraxırıq. Sonra da vəziyyətdən çıxa bilmirik və məğlub oluruq. Sadə oynamağa üstünlük versək, bəlkə də qırmızı vərəqələr olmaz. Söz tapa bilmirəm".
Ürfan Abbasov komandanın Premyer Liqada qalmaq şansları haqda da danışıb. Onun sözlərinə görə, hələ heç nə bilməyib:
"Hələ heç nə itirilməyib. Qarşıda 11 oyun var. Bu, futboldur, bilmək olmaz. Düzdür, çətindir. Amma mümkünsüz deyil. İnanmaq lazımdır. "Səbail"lə oyuna çox yaxşı hazırlaşmışdıq. 3 xal qazanmaq istəyirdik ki, özünəinam qayıtsın. Bizə bir qələbə lazımdır. Təəssüf ki, yenə belə oldu".
Elçin Əlixan
saytlarin hazirlanmasi