"Kəpəz" klubunun sabiq futbolçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, o, Region Liqasında "VT Gəncə" komandasının heyətində "Şəki" ilə görüşdə 90 dəqiqə meydanda olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, Əhmədov futbolçu karyerasında "Kəpəz"lə 3 dəfə Azərbaycan çempionu olub. Veteran hücumçu Azərbaycan çempionatının bombardiri olub.
saytlarin hazirlanmasi