“Qəbələ” israilli futbolçu Gilad Abramovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən legioner “qırmızı-qara” formada 23 matç keçirib. Gilad Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.
saytlarin hazirlanmasi