Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.
Sportal.az xəbər verir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır. Bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.
saytlarin hazirlanmasi